İranla ABŞ arasında hərbi toqquşmalar ola bilər


Dünya 04 May 2019 15:00:00 209 0

İranla ABŞ arasında hərbi toqquşmalar ola bilər

İranla ABŞ müharibəsi qaçılmaz deyil. Bəzi insidentlər hərbi konfliktə çıxara bilər.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu "İndependent" qəzetinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, insidentlər Fars körfəzi və Hörmüz boğazında yaşana bilər.

"2016-cı ildə ABŞ gəmilərinin İran tərəfindən saxlanılması zamanı ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ilə olan birbaşa kontaktımdan sonra iki ölkə arasında toqquşmadan qaçmaq mümkün oldu. Hazırda isə ölkələr arasında bu tip kontaktlar yoxdu", - Zərif bildirib.