İlahiyyat İnstitutunun tələbələri “Həyat gözəldir” filmini izləyiblər


Digərləri 04 May 2019 14:46:00 200 0

İlahiyyat İnstitutunun tələbələri “Həyat gözəldir” filmini izləyiblər

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir. İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, ali tədris müəssisəsi bu səpkidə tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər silsiləsini davam etdirir. İnstitutda sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli xarakterli proqramlar da təşkil edilir. Bu məqsədlə İnstitutda tələbələr üçün “Həyat gözəldir” filmi nümayiş etdirilib. Film İkinci Dünya müharibəsi dövründə həyat yoldaşı və oğlu ilə birlikdə yəhudi düşərgələrinə sürgün edilən atanın və onların arxasınca gedən bir italyan ananın övladını qorumaq üçün saysız-hesabsız fədakarlıqlarından bəhs edir. Film 1998-ci il Kann Festivalında müsabiqənin Ən Böyük Mükafatını qazanıb. Həmçinin, 1999-cu ildə Amerika Kinoakademiyasının təsis etdiyi, dünya kinematoqrafiyasının ən yüksək və nüfuzlu mükafatı olan Oskara 7 nominasiya üzrə namizəd olub. “Ən yaxşı xarici film”; “Ən yaxşı aktyor” və “Ən yaxşı musiqi” nominasiyalarında bu mükafatı qazanıb.