Tovuzda içki məclisində bədbaxt hadisə


Digərləri 04 May 2019 08:23:00 253 0

Tovuzda içki məclisində bədbaxt hadisə

Tovuz rayonunun Əsrik kənd sakini ehtiyatsızlıqdan xəsarət alıb.

Son.az oxu.az-a istinadən bildirir ki, sərxoş şəxs iştirak etdiyi məclisdə oynayan zaman ehtiyatsızlıqdan pəncərəyə toxunub.

Nəticədə pəncərənin şüşəsi qırılaraq onun üzərinə düşüb və əl-qolunu kəsib.

Yaralı dostları tərəfindən xəstəxanaya aparılıb.

O, əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.