Filippində güclü zəlzələ baş verib


Dünya 04 May 2019 08:28:00 247 0

Filippində güclü zəlzələ baş verib

Filippinin Mindoro adasında 5,7 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri 4 min nəfər əhalisi olan Adela yaşayış məntəqəsindən 2 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 40 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur