Spotify platformasına hər gün 40 000 mahnı yüklənir


Digərləri 04 May 2019 08:15:00 231 0

Spotify platformasına hər gün 40 000 mahnı yüklənir

Hazırda ən populyar musiqi dinləmə platformlarından biri olan "Spotify" şəbəkəsinə gün ərzində 40.000 mahnı yükləyir.

Son.az chip.az-a istinadən bildirir ki, musiqi blogu Pigeon and Planesin rəsmi Twitter hesabındakı paylaşımına görə "Spotify"nin bazasına hər ötən gün 40.000 mahnı yüklənir. Bu isə bir il ərzində platformaya 14,6 milyon musiqi parçalarının əlavə olunması deməkdir. Şirkətin saytında yer alan məlumata görə hazırda şəbəkədə 50 milyon mahnı var.

2014-cü ilin statistik göstəriciləri platformanın necə inkişaf etdiyininin əyani sübutudur. Belə ki, beş il əvvəl  bazada təxminən 20.000 mahnının olduğu qeyd olunurdu.

Şirkətə məxsus açıqlamalarda şəbəkənin ödənişli istifadəçilərinin sərhədi 100 milyonu keçdiyi bildirilsə də, platformanın 2019-cu ilin birinci rübündə mənfəət əldə edə bilmədiyi də  qeyd olunur.