Yolu düz keçməyən piyada ağır yaralandı


Digərləri 04 May 2019 07:45:00 228 0

Yolu düz keçməyən piyada ağır yaralandı

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, Bakıxanov qəsəbəsində qeydə alınan qəza zamanı 1984-cü il təvəllüdlü Salmanov Bəhlul Əsgər oğlu piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçmək istəyərkən yaralanıb.

Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Ona bel-ombanın və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.