“Bakı Marafonu - 2019”da Azercell sağlam həyat tərzi ideyası ətrafında minlərlə insanla həmrəy olacaq (FOTO)


Digərləri 03 May 2019 22:08:15 159 0

“Bakı Marafonu - 2019”da Azercell sağlam həyat tərzi ideyası ətrafında minlərlə insanla həmrəy olacaq (FOTO)

Ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyət arasında sağlam həyatı təbliğ etmək və minlərlə insanı bu fikir ətrafında cəmləmək məqsədilə may ayının 5-ində Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən “Bakı Marafonu - 2019” keçiriləcək.

Bakı. Ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyət arasında sağlam həyatı təbliğ etmək və minlərlə insanı bu fikir ətrafında cəmləmək məqsədilə may ayının 5-ində Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən “Bakı Marafonu - 2019” keçiriləcək. “Küləyə Qalib Gəl” şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq bu marafon sayca dördüncüdür. Yalnız vətəndaşlarımızın deyil, əcnəbilərin iştirakçı qismində qatıldığı bu genişmiqyaslı layihə hər il minlərlə insan tərəfindən böyük maraqla qarşılanır. Yenilikçi təşəbbüslərin, sosial layihələrin həm dəstəkçisi, həm də təşkilatçısı olan “Azercell Telekom” MMC “Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşıdır. Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR marafonun dəstəkçiləri qismində çıxış edir. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.