Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib (FOTO)


Digərləri 03 May 2019 21:59:30 57 0

Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib (FOTO)

Energetika Nazirliyində Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bakı. Energetika Nazirliyində Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Trend-ə Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında enerji əməkdaşlığının perspektivlərinə dair müzakirələr aparılıb. Rodriqo Maya Braziliyanın karbohidrogen ehtiyatları, yeni yataqların kəşfi hesabına hasilatda gözlənilən artım, qaz sahəsində həyata keçirilən islahatlar, eləcə də bərpa olunan enerjidən istifadə barədə məlumatları diqqətə çatdırıb. Bildirib ki, Braziliya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bu məqsədlə, iki ölkənin enerji sahəsində fəaliyyət göstərən müvafiq qurumları və neft-qaz şirkətləri arasında əlaqələrin inkişafına, “Petrobras”la SOCAR-ın əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə ehtiyac var. Energetika naziri Pərviz Şahbazov Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və enerji əməkdaşlığı üçün imkanların olduğunu deyib. Nazir qədim neft diyarı Azərbaycanın keçdiyi inkişaf yolu, neft-qaz sənayesinin inkişaf mərhələləri və qlobal enerji təhlükəsizliyinin təminatı prosesində rolundan danışıb. SOCAR tərəfindən bu ölkə istiqamətində xam neftin, eləcə də Braziliya mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchiz edildiyini deyən nazir bildirib ki, neft-qaz şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün Energetika Nazirliyi lazımi dəstəyi verməyə hazırdır. Nazir Pərviz Şahbazov eyni zamanda, iki ölkə arasında əməkdaşlıq üçün mümkün istiqamətlərdən biri kimi bərpa olunan enerji sahəsini qeyd edib: “Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üzrə yeni mərhələ başlanıb. Bu sahədə qanun və təşviqedici mexanizmlər hazırlanır. İndi əməkdaşlıq üçün münasib məqamdır və Braziliya şirkətlərini bərpa olunan enerji sahəsində iştiraka dəvət edirik”, deyə nazir əlavə edib.
"Volkswagen" ABŞda "dizel qalmaqalı" səbəbindən 30 milyard avro itirib like
  • 03 May 21:59  
Digərləri "Volkswagen" ABŞda "dizel qalmaqalı" səbəbindən 30 milyard avro itirib

"Volkswagen" avtomobil konserninin "dizel qalmaqalı" səbə

arrow Ətraflı
Efiopiyada icmalararası dava like
  • 03 May 21:53  
Dünya Efiopiyada icmalararası dava

Efiopiyanın şimal-qərbində artıq bir neçə gündür davam edən icmalarara

arrow Ətraflı
Pendirli piroq like
  • 03 May 21:50  
Digərləri Pendirli piroq

Görünüşü və dadından məmnun qalacağınız xüsusi piroqu  uşaqlar ü

arrow Ətraflı
Bir zamanların məşhur Vişnevskiy mazı like
  • 03 May 21:47  
Digərləri Bir zamanların məşhur Vişnevskiy mazı

Sovet dövrünün o məşhur, kəskin qoxulu Vişnevskiy mazı əvvəllər hər

arrow Ətraflı
Efiopiyada icmalararası dava - Qan su yerinə axır... like
  • 03 May 21:46  
Digərləri Efiopiyada icmalararası dava - Qan su yerinə axır...

Efiopiyanın şimal-qərbində artıq bir neçə gündür davam edən icmalarara

arrow Ətraflı
Azərbaycanda tütün istehsalı artıb like
  • 03 May 21:44  
Digərləri Azərbaycanda tütün istehsalı artıb

2018-ci ilin yekunlarına əsasən Azərbaycanda tütün istehsalı təxminən 2

arrow Ətraflı
Burcunun gözəllik sirri like
  • 03 May 21:38  
Digərləri Burcunun gözəllik sirri

Məşhur türk aparıcı Burcu Esmersoy alış-veriş mərkəzində kameralara t

arrow Ətraflı
Vəhşi qabanlar XVI əsrə aid xəzinə tapıblar like
  • 03 May 21:32  
Digərləri Vəhşi qabanlar XVI əsrə aid xəzinə tapıblar

Vəhşi qabanlar Slovakiyanın Livaka kəndi yaxınlığında XVI əsrin əvvəl

arrow Ətraflı
Azərbaycanda tütün istehsalı artıb like
  • 03 May 21:31  
Digərləri Azərbaycanda tütün istehsalı artıb

2018-ci ilin yekunlarına əsasən Azərbaycanda tütün istehsalı təxminən 2

arrow Ətraflı
Dərin dekoltesi ilə gecədə çətin anlar yaşadı like
  • 03 May 21:26  
Digərləri Dərin dekoltesi ilə gecədə çətin anlar yaşadı

"Billboard" mahnı müsabiqəsinə qatılan Halsey gecənin ən zövqs

arrow Ətraflı
Yaponiyada vulkan 600 metr hündürlüyə kül və tüstü püskürüb like
  • 03 May 21:23  
Dünya Yaponiyada vulkan 600 metr hündürlüyə kül və tüstü püskürüb

Mayın 3-də Yaponiyanın Kyüşü adasında yerləşən Aso vulkanının krater

arrow Ətraflı