İnsanı gözəlləşdirən 10 qida


Digərləri 03 May 2019 21:35:00 317 0

İnsanı gözəlləşdirən 10 qida

Qadınların gözəllik və sağlamlığı üçün dünya üzrə ən yaxşı qidaların siyahısı tərtib olunur.

Dietoloqlar bildirir ki, bu qidaların tərkibi insanın dərisi, saçları, bədəni, dırnaqları üçün gözəllik mənbəyidir.

Son.az medicina.az-a istinadən gənclik təravətini qorumaq üçün hər gün istifadə edəcəyiniz qidaların onluğunu təqdim edir:

1.  Dəniz məhsulları

Gözəllik mənbəyi Omega 3-6 turşuları bu məhsullardadır. Ayda, ildə bir dəfə balıq, kütüm yeməklə, dəniz məhsulu yediyinizi düşünməyin. Siz ən müxtəlif balıq növləri, kilkə, dəniz ilbizi, midiya, xərçəng, krab kimi məhsulları da yeməlisiz ki, dərinin turqoru artsın, rəngi yaxşılaşsın, təmiz olsun.

2.C vitaminli pomidor, bolqar bibəri, portağal, narıngi, duzlu kələm

Bu vitamin güclü antioksidantdır, kollagenin sintezini artırır. 

3.Yaşıl və narıncı rəngdə tərəvəzlər

Kök, bibər, balqabaq, ispanaq, avokado, göyərti  beta karotin hüceyrələrin yenilənməsi üçün lazımdır. Bu qidalar A vitamini ilə zəngindir.  Gündəlik menyunuzda belə tərəvəzlərdən salatlar daxil edin. 

4.Zeytun yağı

E vitamini ilə zəngin güclü antioksidantdır. Təmiz, orqanik zeytun yağı əldə edib, onu hər gün bir qaşıq için, dərinizə sürtün, kremlərə, losyonlara əlavə edin.

5.Yağsız kəsmik, yoqurt

Selen və E vitamini ilə zəngindir, üz dərisini qocaldan sərbəst radikalları məhv edir.