Yaz yorğunluğuna çarə olan tərəvəzlər


Digərləri 03 May 2019 20:49:00 207 0

Yaz yorğunluğuna çarə olan tərəvəzlər

Günəşin öz şüalarını göstərdiyi və təbiətin canlanmağa başladığı yaz fəsli insanlar üzərində tam əks təsir yaradır. Havadakı elektrik yükünün və bununla əlaqəli olan müsbət-mənfi yüklü ionların kəskin artıması sinir sisteminə təsir edərək stresə və dolayısı ilə yaz yorğunluğuna gətirib çıxarır.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, qidalanmaya diqqət edərək yorğunluğun qarşısını almaq mümkündür. Əgər sizdə halsızlıqdan əziyyət çəkirsinizsə, bu məhsullardan istifadə edin. 1. Enginar

C vitamini, fol turşusu, fosfor və maqnezium kimi minerallarla zəngin olan enginar eyni zamanda antioksidant qaynağıdır. Cəmi 56 kalori olan bu tərəvəz artıq çəki ilə mübarizədə də ən yaxşı yardımçıdır.

2. Çiyələk

Çiyələyə qırmızı rəng verən antosiyan maddəsi güclü antioksidant hesab edilir. İmmuniteti artırır, yorğunluğu aradan qaldırır. Gündə 12 ədəd çiyələk C vitamini ehtiyacınızın tamamını qarşılayır.

3. Pərpətöyün

Tərkibindəki A vitamini, sink, forfor, maqnezium və kalsium kimi vitaminlərlə zəngin bu bitki "super qida" ünvanını alıb. Qeyd edək ki, pərpətöyündə yüksək miqdarda omeqa-3 yaş turşusu var. Bu da zehni inkişaf üçün vacib maddədir.

4. Ananas