Maşınlar avtobus dayanacaqlarını zəbt edib,


Digərləri 03 May 2019 20:34:00 242 0

Maşınlar avtobus dayanacaqlarını zəbt edib,

Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən avtobus dayanacaqları minik avtomobilləri tərəfindən qeyri-qanuni parkinq kimi istifadə olunur. Marşrut avtobusunun sürücüləri isə məcbur olaraq, yolun mərkəzi hissəsində dayanmalı olurlar. Bu hal da günün müxtəlif saatlarında böyük sıxlığa gətirib çıxarır, üstəlik yolun ortasında marşrutdan enən sərnişinlərin həyatı təhlükə altına düşür.

Son.az Oxu.az-a istinadən bildirir ki, bənzər vəziyyət həmin ərzində yerləşən 3 saylı ASAN Xidmətin qarşısındakı dayanacaqlarda da yaşanır. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı bildirib ki, həmin ərazidəki avtobus dayanacaqları artıq bir neçə dəfə böyüdülüb. Yaxın müddətdə Şərifzadə küçəsi və ona yaxın ərazilərdə də kameralar quraşdırılacaq və mövcud vəziyyət aradan qaldırılacaq.