Müğənni Elnarənin ittihamına "Baku Medical Plaza"dan cavab: "Heç bir həkim səhvindən söhbət gedə bilməz"


Digərləri 03 May 2019 18:01:00 308 0

Müğənni Elnarənin ittihamına "Baku Medical Plaza"dan cavab: "Heç bir həkim səhvindən söhbət gedə bilməz"

Müğənni Elnarənin rəfiqəsinin səhhəti ilə bağlı  ittihamına"Baku Medical Plaza"dan açıqlama verilib.

"Son günlər bəzi kütləvi informasiya vasitələrində Lətafət Şirəliyevanın  ağır xəsəliyi mövzusunda "Baku Medical Plaza" klinikasının işgüzar nüfuzuna xələl yetirən, həqiqətə uyğun olmayan yazılar yazılmaqdadır. Lətafət L. Şirəliyevanın həyat yoldaşının söylədikləri təhrif olunaraq saytlarda yazılıb. Klinika özəl tibb müəssisəsi olsa da, xəstəyə göstərilən tibbi xidmətlər üçün təcili pul tələb edilməmiş və  müalicəsi klinika hesabına aparılır. Xəstə yaxınlarının klinikadan istər maddi baxımdan, istərsə də xidmətlə əlaqədar şikayəti yoxdur. Xəstəni əməliyyat edən və reanimasiya şəraitində müalicəsinə nəzarət edən həkimlər öz işlərində mütəxəssisdirlər və yaşanmış hadisədə hər hansı bir həkim səhvindən söhbət gedə bilməz. İstənilən araşdırılmanın aparılması üçün klinikamız şərait yaratmağa hazırdır".

Son.az Medicina.az-a istinadən xəbər verir ki, "Baku Medical Plaza" klinikasının mətbuat xidmətindən məlumat verilib:

"17 illik evlilik müddətində övladı olmayan Lətafət Şirəliyeva məhz klinikada aparılmış müalicə nəticəsində hamilə qalmış, mart ayının 12-də qeysəriyyə əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra L. Şərifova və körpəsi kafi vəziyyətdə evə yazılmışdır. Təxminən 10 gün sora L. Şirəliyeva həkiminə zəng edərək qarın nahiyyəsində ağrılarının olduğunu dedikdə həkim onun klinikaya gəlməsini deyib. Xəstənin sözlərinə görə, bu ağrıların qeysəriyyə sonrası normal hal olduğunu düşünərək ağrıkəsici dərmanlardan istifadə edib.

Xəstə klinikaya müraciət etdikdə ona ağrının səbəbini dəqiq müəyyən etmək üçün MRT müayinəsindən keçməsi məsləhət görülüb. Qeyd edək ki, klinikamızda MRT müayinəsi öncədən yazılmaq və ya canlı növbə qaydası ilə həyata keçirilir. Hər müayinənin müddəti təxminən 40-50 dəqiqə olduğundan müayinəyə girmək üçün növbə gözləmək zərurəti yaranır. Lakin xəstə növbə gözləmək istəmədiyi üçün müayinədən imtina edərək klinikadan gedib.