Fransada zərgərlik zavoduna hücüm olub


Dünya 03 May 2019 17:59:00 245 0

Fransada zərgərlik zavoduna hücüm olub

Fransanın şərqindəki Şatiyon şəhərində bir qrup silahlı şəxs zərgərlik zavoduna basqın edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeddi nəfərdən ibarət qrup silahlarla zavodun əməkdaşlarını təhdid edib.

Onlar 20 kiloqrama yaxın qızıl və bir neçə kiloqram platin oğurlayaraq hadisə yerindən uzaqlaşa bilib.

Basqın zamanı xəsarət alanların olmadığı deyilir. Hazırda soyğunçuların axtarışları aparılır.