Nazir: BMT və Azərbaycanın icra etdiyi ortaq layihələrə 5 milyon dollara yaxın vəsait xərclənib


Digərləri 03 May 2019 12:00:00 209 0

Nazir: BMT və Azərbaycanın icra etdiyi ortaq layihələrə 5 milyon dollara yaxın vəsait xərclənib

2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycanın icra etdiyi ortaq layihələrə 4 998 519 ABŞ dolları xərclənib.

Bakı. Ayşəm Rüstəmova – 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycanın icra etdiyi ortaq layihələrə 4 998 519 ABŞ dolları xərclənib. Trend-in məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev bunu BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi üzrə İstiqamətləndirici Komitənin iclasında çıxış zamanı deyib. Nazirin sözlərinə görə, bu vəsait "2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi" çərçivəsində birinci strateji sahə üzrə xərclənib.