Bolqarıstanda 1 milyon 500 min nəfər...


Dünya 03 May 2019 08:19:00 173 0

Bolqarıstanda 1 milyon 500 min nəfər...

Bolqarıstan əhalisinin 22 faizi və ya 1 milyon 500 min nəfəri ölkə milli statistika institutunun 2018-ci il üçün tərtib etdiyi məlumata əsasən, yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ötən il Bolqarıstanda orta yoxsulluq həddi adambaşına 351,11 leva (341,32 manat) təşkil edib. 2017-ci illə müqayisədə yoxsulluq həddi dəyişməyib, yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların sayı isə 100 min nəfər azalıb. Əsasən yoxsulluq işsizlərdə daha çox rast gəlinir. Yoxsulluğa, eyni zamanda, təhsil də təsir edir. İş yeri olan yoxsulların ya təhsili yoxdur, ya da ibtidai təhsillidirlər. Yoxsulluq həddindən aşağı səviyyə ən çox Montana, Veliko-Tırnovo, Loveç, Sliven rayonlarında qeydə alınıb.