Dünyaya ŞOK: 2 milyard insan... Alimlər fəlakət ssenarisinin DƏQİQ TARİXİNİ AÇIQLADILAR FOTO


Digərləri 03 May 2019 05:30:00 246 0

Dünyaya ŞOK: 2 milyard insan... Alimlər fəlakət ssenarisinin DƏQİQ TARİXİNİ AÇIQLADILAR  FOTO

10 il sonra - 2029-cu il aprelin 13-də 340 metr ölçüsündə olan asteroid Yer planetinin 31 min kilometrliyindən keçəcək.

Son.az xəbər verir ki, "Space.com" saytının məlumatına görə, bu haqda ABŞ-ın Massaçusets Texnologiya Universitetindən olan alimi Riçard Binzel bildirib.

O, "Apofis" adlı asteroidin 10 il sonra Yer kürəsinin yaxınlığından keçəcəyini deyib. Beynəlxalq Aviasiya və Kosmos Akademiyasının təşkil etdiyi Planet Müdafiə Konfransında danışan Binzelin sözlərinə görə, bu qədər böyüklükdə bir göy cisminin dünyaya bu qədər yaxınlaşması min ildən bir baş verən hadisədir. Alim asteroidin Yer kürəsi ilə toqquşma ehtimalının olmadığını söyləyib.

Bu hadisəni dünyanın 2 milyard əhalisi izləyə biləcək.

Qeyd edək ki, Misirin pislik tanrısı "Apofis"in adını daşıyan asteroid 2014-cü ildə Kitt-Pik (Arizona ştatı) rəsədxanasında aşkar edilib. Göy cismi saniyədə 30 kilometrdən yuxarı sürətlə hərəkət edir. O, Yer kürəsinə nisbətən kiçik məsafəyə yaxınlaşaraq ondan uzaqlaşır.


Xəbərə aid foto