Günahı tərk etməyin ən yaxşı fürsəti


Digərləri 02 May 2019 23:45:00 235 0

Günahı tərk etməyin ən yaxşı fürsəti

Quranın baharı ayı və İlahi rəhmət ayı gəlib çatmışdır. Hər şeydən əvvəl oruc tutanlar Ramazan ayının əhəmiyyətindən xəbərdar olmalıdırlar. Çünki əgər Ramazan ayını lazım olan qədər tanısalar, ondan daha yaxşı istifadə edə biləcəklər. O zamana qədər ki, oruc tutan müsəlman bu aya olan baxışını islah etməz, bu ayın onun üçün başqa aylardan heç bir fərqi olmaz.

İmam Səccad (ə) bu mübarək ayla bağlı Allaha belə dua edir: "Allahım, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və bu ayı tanımağı və onun hörmətini böyük tutmağı və bu ayda qadağan etdiyin hər şeydən çəkinməyi bizə ilham et!".

Son.az deyerler.org-a istinadən bildirir ki, İlahi Övliyalar bu ayı yaxşı tanıdıqlarına görə onun gündüzlərindən və gecələrindən bəhrələnə bilirdilər. Ənəs ibn Malik Həzrət Peyğəmbər (s) haqqında nəql edir: "O zaman ki, Ramazan ayı gəlib çatırdı, Peyğəmbəri-Əkrəm (s) buyururdu: "Allah pakdır. Baxın görün nəyi qarşılamağa gedirsiniz və nə sizə üz çevirir". Bu cümləni üç dəfə təkrar edərdi". (Tebyan)

Ramazan ayını tanıdıqları üçün ariflər həmişə arzu edirlər ki, ilin hər ayı Ramazan ayı olaydı. Çünki onlar bu ayın dəyərini yaxşı bilirlər.

İbn Məsud Ənsari Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Əgər bəndə bu Ramazan ayında qərar olunmuş şeyə agahlığı olsa, bütün varlığı ilə istəyərdi ki, bütün il Ramazan ayı olsun".

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər bilsəydiniz ki, Ramazan ayında sizin nələriniz vardır - Allaha daha çox şükür edərsiniz. İlk gecədə Allah ümmətimin bütün aşkar və gizli günahlarını bağışlayar".

Ramazan ayında Allah Təbarəkə və Təala İlahi kəlamın qarilərinin əcr və savabını xüsusi qərar vermişdir. Ona görə də yaxşı olar ki, hər bir oruc tutan müsəlman evini Quran tilavəti ilə nurlandırsın. Həzrət Peyğəmbər (s) buyurur: "Quranı tilavət edərək evlərinizi aydınlandırın. Çünki nə zaman evdə Quran çoxlu tilavət olunar, həmin ev səma əhli üçün parlayar, necə ki, ulduzlar yer əhli üçün parlayar".