ABŞ ölkə xaricində hərbi əməliyyatlarda 120 dinc sakinin


Dünya 02 May 2019 23:37:00 361 0

ABŞ ölkə xaricində hərbi əməliyyatlarda 120 dinc sakinin

2018-ci ildə ABŞ tərəfindən İraq, Suriya, Əfqanıstan, Somalidə keçirilən hərbi əməliyyatlar zamanı azı 120 dinc sakin öldürülüb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Pentaqonun Konqresin sorğusu ilə hazırlanaraq dərc olunan illik məruzəsində bildirilir.

Məruzəyə əsasən İraq və Suriyada 42, Əfqanıstanda 76, Somalidə isə 2 mülki şəxs həlak olub. Sənəddə həmçinin Liviya və Yəməndə mülki əhali arasında ölənlərin olub-olmamasına dair dəqiq məlumatların olmadığı qeyd edilib.

"ABŞ Müdafiə Nаzirliyinin bütün əməliyyatları qanun çərçivəsində, o cümlədən mülki əhalinin müharibə dövründə qorunması prinsipləri əsasında keçirilib", - məruzədə vurğulanır.