Xırdabuynuzlu heyvanlar ölümcül xəstəliyə tutulub


Digərləri 02 May 2019 21:53:00 218 0

Xırdabuynuzlu heyvanlar ölümcül xəstəliyə tutulub

Xırdabuynuzlu heyvanlar arasında ölümcül xəstəlik yayılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət Baytarlıq Xidməti heyvan sahiblərinə xəbərdarlıq edib.

İnfeksiya ən çox yağışlı günlərdə nəmişlikdən sonra sürətlə yayılır. Xəstəlik özünü bəzən bir neçə simptomla, bəzən isə hec nə olmadan, tez bir zamanda heyvanın ölümü ilə göstərir.

Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda qoyunlar vaksinasiya edilməlidir. Vaksinasiya dövründə axtalanma, quyruğun kəsilməsi və qırxım aparılmamalıdır, çünki onlarda bu dövrdə yara infeksiyalarına həssaslıq yüksəlir. Peyvənd olunmuş heyvanlarda bədən temperaturunun yüksəlməsi və axsaqlıq müşahidə olunur ki, bu da bir neçə gündən sonra yox olur.