Tərtər və Lənkəranda ağır qəzalar 1 ölü, 7 yaralı var


Digərləri 02 May 2019 21:54:00 249 0

Tərtər və Lənkəranda ağır qəzalar  1 ölü, 7 yaralı var

Tərtərdə atlını avtomobil vuraraq öldürüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə rayonun Poladlı kəndində baş verib.

Minik avtomobili yol kənarında atla gedən 40 yaşlı Poladlı kənd sakini Məhər Hüseynovu vurub. Zərərçəkmiş hadisə yerində ölüb.

Faktla bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.

Lənkəranda isə 2 avtomobil toqquşub. Hadisə Lənkəran -Lerik yolunun Mollakənddən keçən hissəsində baş verib. Lerik istiqamətində hərəkətdə olan avtomobil əks istiqamətdə hərəkətdə olan avtomobillə toqquşub. Nəticədə bir avtomobildə 3, digərində isə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.