Əgər qadın hicaba riayət etmirsə, əri günahkar sayılırmı?


Digərləri 02 May 2019 21:55:00 232 0

Əgər qadın hicaba riayət etmirsə, əri günahkar sayılırmı?

İslam dini məcburiyyət dini deyil. Quranda da buyurulur ki, dində məcburiyyət yoxdur. İnsan dinin hökmlərinə könüllü və səmimi şəkildə riayət etməlidir. Əgər hökmlərə riayət etmirsə, özü günah qazanır. Hər kəs öz əməllərinə görə cavabdehdir. Lakin hər kəsin başqalarına nisbətdə müsəlmanlıq borcu da var.

Son.az islam.az-a istinadən bildirir ki, bir kəsin günaha bulaşdığını görəndə onu çəkindirməli, nəsihət verməliyik. Buna İslam əxlaqında "nəhy ənil-münkər" deyirlər. Şərait imkan verdiyi halda günahkarın günahını görə-görə onu bu işdən çəkindirməmək insanın öhdəsinə məsuliyyət gətirir. Bu məsuliyyət ilk növbədə qohum və qonşulara, dostlara aiddir. Ailənin bir üzvü Allahın əmrini pozursa, ailənin o biri üzvü onu düz yola çağırmalıdır. Bunun üçün hər mümkün vasitədən istifadə etmək olar. Əgər ər öz arvadının hicab örtməsi üçün hər mümkün olan yoldan istifadə edirsə, amma qadın yenə hicab örtmürsə, bunun günahı qadına aiddir. Əgər ər öz arvadını hicaba doğru hidayət etmək üçün heç nə etməyibsə, günahın bir hissəsi də onun öhdəsinə düşür.