Eviniz təhlükə mənbəyi ola bilər


Digərləri 02 May 2019 20:24:00 209 0

Eviniz təhlükə mənbəyi ola bilər

Valideynləri ən narahat edən məsələlərdən biri də evin təmizliyidir. Xüsusilə körpə, iməkləyən uşaqların sağlamlığı üçün evin, oyuncaqların təmizliyi önəmlidir.

Son.az bildirir ki, uşaqların gigiyenası ilə bağlı Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, körpə və azyaşlılar olan evlərdə havalandırmaya xüsusi diqqət yetirmək lazımdır.

"Bu, evdə mikrobları azaldır. Yer daim silinməli və təmiz saxlanılmalıdır. Lakin bu zaman kimyəvi məhsullardansa, sabun əsaslı təmizlik vasitələrindən istifadə edilməsi məsləhətdir.

Tərəvəz məhsulları təmiz yuyulmalı və ət yaxşı bişirilməlidir. Çünki parazitlər yaxşı yuyulmamış tərəvəzlərdə və yaxşı bişməmiş ətlərdə daha çox olur.

Uşaqların dırnaqları qısa kəsilməli, əlləri tez-tez yuyulmalıdır. Bir qədər böyük uşaqlara isə əllərin doğru yuyulması öyrədilməlidir".

A.Abdullaoğlu bildirib ki, uşağın sağlam böyüməsi üçün onların istifadə etdiyi paltarlar və yatdıqları döşək ağları daim ütülü olmalıdır: