Azərbaycan təhsilində din dərsinə ehtiyac varmı


Digərləri 02 May 2019 20:17:00 216 0

Azərbaycan təhsilində din dərsinə ehtiyac varmı

Gələn tədris ilindən başlayaraq Azərbaycanda 4 və 8-ci sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı yeni "Həyat bilgisi" dərsliklərindən istifadə etməsi nəzərdə tutulur.

Son.az bildirir ki, təhsil eksperti Məlahət Mürşüdlünün Sputnik Azərbaycan-a dediyinə görə, insanlar din dərsi adı altında nəyi müzakirə etdiklərini anlamırlar, ancaq dünya təhsil sistemində bununla bağlı təcrübələr var:

"Məsələn, Türkiyə təcrübəsində buna mənəviyyat dərsi deyirlər, konkret olaraq din dərsi demirlər. Bu dərsdə dindar yetişdirmirlər. Əgər bu dərslərin keçilməsi üçün dərsliklər İslamın simvolları əsasında tərtib olunacaqsa və dərsləri keçə biləcək kadr potensialımız varsa, niyə də olmasın?!".