Bu iki meyvəni uşaqlara verməyin


Digərləri 02 May 2019 20:19:00 180 0

Bu iki meyvəni uşaqlara verməyin

Mağazalarda artıq mövsümün meyvələri hesab edilən çiyələk və alçanın satışı başlayıb. Ancaq heç bir halda uşaqlara verilməsi düzgün deyil.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev məlumat paylaşıb.

O bildirib ki, hazırda satışda olan bu meyvələr təbii halda yetişdirilməyib. Bu səbəbdən xüsusilə uşaqlara verilməsi məsləhət görülmür:

"Satışına yeni başlanılıb. Uşaqlara hələ vermək məsləhət deyil. Artıq şikayət edənlərin sayı artır. Deməli, xeyirindən çox ziyanı var".