Dünya mətbuatı yerin altındakı bu gizli bölgədən yazır


Digərləri 02 May 2019 19:07:00 414 0

Dünya mətbuatı yerin altındakı bu gizli bölgədən yazır

Keçmişdə Yuqoslaviya dövründə ən son texnologiyalar ilə hazırlanan yeraltı hərbi hava bazası "Zeljva" görüntüsü ilə qiyamət filmlərini xatırladır.

Son.az Metbuat.az-a istinadən bildirir ki, avropanın ən böyük yeraltı hava bazalarından biri olan və bənzəri olmayan hərbi təsis 1990-cı illərin əvvəlində Xorvatiya ilə Serbiya arasındakı müharibə zamanı istifadəsiz hala düşüb.

Hazırlanmasına 5 milyard dollardan çox pul xərclənən "505" adlı Zeljava hava bazası atom bombası ilə edilə biləcək hücumlara da dayana bilmək qabiliyyətinə malikdir.

Bazanın o dövrdə içərisinə 50-dən çox hərbi qırıcı jet, 3 min 500 metr uzunluğunda yeraltı tunel sığışıb.

Nəhəng bazada o dövrdə 950-dən çox vəzifəli hərbiçi çalışıb.Yuqoslaviya ordusu pilot minbaşı Sanudin Jasareviçin də xidmət etdiyi yer olub. Jasareviç 1991-ci ildə başlayan müharibədən sonra tərk etdikləri bazanı 27 ildən sonra görmə şansı tapıb.


Xəbərə aid fotolar