Mənzurə o qədər qısa geyindi ki,


Şou-biznes 02 May 2019 17:04:00 407 0

Mənzurə o qədər qısa geyindi ki,

Müğənni Mənzurə Musayeva ad gününü "5/5" verilişində qeyd edib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçinin efirə geyindiyi qısa, üzəri tüllü paltarı aparıcı Zaur Kamalın dilinə düşüb. O, Mənzurəyə "Cennifer Lopes kimi geyinmisən. Bu nədi?" sözlərini söyləyib.

Proqramın digər qonağı müğənni Şəbnəm Tovuzlu isə Mənzurənin ətəyini veriliş boyunca aşağı çəkib. Onun bu hərəkəti digər qonaqların diqqətindən yayınmayıb. Zaur "Sən nə edirsən? Paltarını çəkişdirirsən. Bu qısa edib, belə istəyir, dartmaqla deyil" sözləri ilə Şəbnəmə irad bildirib.

Tovuzlu növbəti dəfə Mənzurənin paltarını aşağı çəkəndə isə ifaçı "Narahat olma. Özü belədir. Paltarı əynimdən çıxaracaqsan. Bu gün mənə hər şey olar" deyərək, etirazını gizlətməyib.

Şəbnəm isə "Çox qısadır. Xanım ona fikir verər" cavabını verib.


Xəbərə aid foto