Azərbaycan Çində daha iki ticarət evi açmağı planlaşdırır


Digərləri 02 May 2019 13:44:00 194 0

Azərbaycan Çində daha iki ticarət evi açmağı planlaşdırır

Bu il Azərbaycan Çində iki ticarət evi açmağı planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bu ticarət evlərinin açılmasını nəzərdə tutan memorandum Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanıb:

"2017-ci ildə biz Çində ticarət nümayəndəliyi açmışıq. Çində artıq üç ticarət evimiz fəaliyyət göstərir. Bu bazar əsasən spirtli içkilərin tədarükü və kənd təsərrüfatı məhsullarının emalı baxımından maraqlıdır".

Ş.Mustafayev deyib ki, Azərbaycan və Çin ticarətin inkişafı üçün böyük potensiala malikdir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb: