İlahiyyat İnstitutu ilə İndoneziyanın Ahmad Dahlan Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb (FOTO)


Digərləri 02 May 2019 09:41:00 68 0

İlahiyyat İnstitutu ilə İndoneziyanın Ahmad Dahlan Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə İndoneziyanın Ahmad Dahlan Universiteti arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolu imzalanıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə İndoneziyanın Ahmad Dahlan Universiteti arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolu imzalanıb. Aİİ-dən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan Protokolu Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov və Ahmad Dahlan Universitetinin rektoru, doktor Kasiyarno M.Hum imzalayıblar. Tədbirdə, həmçinin İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani iştirak edib. Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb. Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov qonaqları salamlayaraq, onları İnstitutda görməkdən məmnun olduğunu bildirib. A.Şirinov ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən prorektor ali tədris müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edib. Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. İndoneziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüsnan Bəy Fanani ali təhsil müəssisələri arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolunun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirib. İnstitutun tədris və təhsil istiqamətində apardığı işləri yüksək qiymətləndirən diplomat gələcəkdə təhsil sahəsində Aİİ ilə əməkdaşlığı daha da inkişaf etdirəcəklərini bildirib.
Messinin Barcelona-da 600-cü qolu like
  • 02 May 09:40  
İdman Messinin Barcelona-da 600-cü qolu

Barcelona-nın (İspaniya) forvardı Lionel Messi Çempionlar Liqasının

arrow Ətraflı
İranlı generaldan qonşu ölkələrə like
  • 02 May 09:34  
Dünya İranlı generaldan qonşu ölkələrə

İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gə

arrow Ətraflı
"Haqqımda yayılan şayiələr təhqirdir" like
  • 02 May 09:29  
Digərləri "Haqqımda yayılan şayiələr təhqirdir"

Hadisə haqqında dedi-qodu çıxaranlara əsəbləşib

arrow Ətraflı
Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ olundu - "Donuz qripi" var like
  • 02 May 09:28  
Digərləri Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ olundu - "Donuz qripi" var

Rusiyanın Səhiyyə İdarəsi Hindistanda "donuz qripi"nin yayılması ilə əl

arrow Ətraflı
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: like
  • 02 May 09:25  
Digərləri Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın:

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.

arrow Ətraflı
Bakıda 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayır like
  • 02 May 09:22  
Digərləri Bakıda 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayır

Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarş

arrow Ətraflı
Mayın 2-də xarici valyutaların manata qarşı məzənnələri like
  • 02 May 09:20  
Digərləri Mayın 2-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 2 may tarixindən etibarən valyuta məzənnələri

arrow Ətraflı
Komandorda zəlzələ like
  • 02 May 09:20  
Dünya Komandorda zəlzələ

Komandor adaları yaxınlığında 5.0 bal gücündə zəlzələ olub.

arrow Ətraflı
İran tankeri Səudiyyə Ərəbistanı sahillərində like
  • 02 May 09:15  
Dünya İran tankeri Səudiyyə Ərəbistanı sahillərində

Səudiyyə Ərəbistanı sahil mühafizəsi Qırmızı dənizdə Ciddə limanın

arrow Ətraflı
Ağstafada kommunal tipli yaşayış binasında yanğın olub like
  • 02 May 09:14  
Digərləri Ağstafada kommunal tipli yaşayış binasında yanğın olub

Ağstafada ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın olub.

arrow Ətraflı
Azərbaycanda yaşı 100dən çox olanların SAYI açıqlandı like
  • 02 May 09:07  
Digərləri Azərbaycanda yaşı 100dən çox olanların SAYI açıqlandı

Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı açıqlanıb.

arrow Ətraflı
Əzələ ağrılarından uzaq olmaq üçün yediklərinizə diqqət edin like
  • 02 May 08:59  
Digərləri Əzələ ağrılarından uzaq olmaq üçün yediklərinizə diqqət edin

Əgər sizin davamlı olaraq əzələ ağrılarınız olursa, yediklərinizə di

arrow Ətraflı