Ağstafada kommunal tipli yaşayış binasında yanğın olub


Digərləri 02 May 2019 09:14:00 176 0

Ağstafada kommunal tipli yaşayış binasında yanğın olub

Ağstafada ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın olub.

Bakı. Ağstafada ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Poylu qəsəbəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.