Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi


Digərləri 02 May 2019 09:04:18 171 0

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Bakı. Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı, qoruyucu açar və 6 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.