Qeybət əslində orucu batil edir


Digərləri 02 May 2019 08:15:00 210 0

Qeybət əslində orucu batil edir

Hamımız yaxşı bilirik ki, oruc tutmaq ancaq ac və susuz qalmaq demək deyildir. Həqiqi oruc odur ki, insan bir çox haram işdən çəkinsin. O pis işlərdən ki, ola bilsin başqa aylarda ona adət etmişdi. Elə bir adət ki, ona görə oruc batil olar. Bu mübarək ayda orucu batil edən və ona ziyan vuran ən böyük günahlardan biri - qeybətdir. (Tebyan)

Dil kiçik bir üzv olmasına baxmayaraq, insanı dərdi-sərə salar. Səhər tezdən durur və obaşdan yeməyini yeyirik. Sonra isə Quran oxuyur və sübh namazına hazırlaşırıq. Sübh namazından sonra gün ərzində susuzluq bizə əziyyət verər. Xüsusilə də əgər işimiz fiziki işlə bağlıdırsa. Günortadan sonra isə aclıq hiss edərik. Bütün bu çətinliklər orucun həqiqi sima almasına görədir. Əgər bu qədər çətinliyi bir anda batil edəriksə, nə qədər də bizim üçün əziyyətverici olar! İftarda yemək yerinə qeybət etdiyimiz insanın murdarını yemək necə də bizim üçün ağır olardı. "Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır". ("Hucurat" 12).

İmam Baqir (ə) buyurur ki, Peyğəmbər (s) buyurmuşdur: "O kəs ki, müsəlmanın qeybətini edər, orucu batil olar. Dəstəmazı batil olar. Qiyamət günü elə halda gələr ki, ağzından nifrətli murdar iyi gələr. Qiyamət əhli həmin iydən əziyyət çəkər".

Bu cür Ramazan ayı boyunca qazandığımız savabları qarşı tərəfə vermiş olarıq. Sonra da Qiyamət günü bu etdiklərimizin həsrətini çəkərik.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü bir insanı gətirərlər və onu Allah dərgahında saxlayarlar. Əməl dəftərini ona verərlər, öz həsənələrini orada görməz. Deyər: "İlahi! Bu, mənim əməl dəftərim deyildir. Çünki mən orada öz itaətimi görmürəm". Ona deyilər: "Pərvərdigarın xəta etməz və nə də unutmaz. Əməllərin insanların qeybətini etdiyin üçün bada getmişdir". Sonra başqa bir insanı gətirərlər və əməl dəftərini ona verərlər. Orada çoxlu itaət müşahidə edər. Deyər: "Allahım, bu, mənim əməl dəftərim deyildir. Çünki mən bu itaəti yerinə yetirməmişəm". Deyilər: "Filankəs sənin qeybətini etmişdir və Mən də onun həsənələrini sənə vermişəm"".

Əgər biz qeybət olunan zaman susuruqsa və ya həmin qeybətə qulaq asırıqsa, yenə də qeybət edənin hökmündə olmuş olarıq. Baxmayraq ki, həmin qeybəti biz etməmişik, lakin ona qulaq asıb, susmuşuq.

İmam Baqir (ə) buyurur: "O kəs ki, onun yanında mömin qardaşın qeybəti edilər, ona yardım etmək üçün qalxarsa, Allah dünya və axirətdə ona yardım edər. O kəs ki, onun yanında mömin qardaşın qeybəti edilər və o, yardım üçün qalxmazsa və onu müdafiə etməzsə, Allah onu dünya və axirətdə alçaq edər".