ABŞda 50 il əvvəl törədilmiş cinayətə görə bir nəfər həbs edilib


Digərləri 02 May 2019 08:18:00 208 0

ABŞda 50 il əvvəl törədilmiş cinayətə görə bir nəfər həbs edilib

ABŞ-ın Florida ştatında hüquq-mühafizə orqanları tərəfindən təhminən 50 il əvvəl törədilmiş qəddar cinayətə görə bir nəfər həbs edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə News & Observer qəzeti xəbər verir.

Cinayət 1972-ci ilin dekabrında Şimali Karolina ştatında törədilib. 33 yaşlı qadın balaca körpə əlində olarkən böyük oğlunu məktəbdən götürməyə gedəndən sonra itdi.

Uzunmüddətli axtarışdan sonra Bonni Neyborsun cəsədi, Benson şəhərinin yaxınlığında olan miqrant işçilərinin evində tapıldı. Cəsədin yanında sağ qalan balaca uşaq tapılıb.