Türkmənistanlı məktəbli duzlu səthi qrunt sularını distillə edilmiş suya çevirən aparat yaradıb


Digərləri 01 May 2019 23:57:00 332 0

Türkmənistanlı məktəbli duzlu səthi qrunt sularını distillə edilmiş suya çevirən aparat yaradıb

Türkmənistanlı 10-cu sinif şagirdi Sərdar Çarıyev duzlu qrunt sularını günəş enerjisinin köməyi ilə distillə edilmiş suya çevirən aparatın maketini yaradıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, BMT İnkişaf Proqramının dəstəyi ilə Almatıda müxtəlif ölkələrin orta məktəb şagirdlərinin çərçivəsində təşkil edilmiş "İqlim mücrüsü" adlı, iqlim dəyişmələri problemlərinə həsr edilmiş layihələrinin I Beynəlxalq müsahibəsində 28 ən yaxşı layihə arasında münsiflər heyəti tərəfindən ən yüksək qiymətə layiq görülüb.

4 litr su üçün nəzərdə tutulmuş bu qurğu 35 dərəcə temperaturda 1 saatda 10 milli litr su istehsal edir.

Hazırda Sərdar Çarıyev və onun elmi rəhbəri - coğrafiya və iqtisadiyyat müəllimi Maya Batırova bu aparatın məhsuldarlığının artırılması üzərində işləyirlər. Aparat modifikasiya edilməklə dəniz suyunun içməli suya çevrilməsi üçün də tətbiq edilə bilər.

Sərdarın sözlərinə görə, belə aparatı hər kəs yarada bilər. Bunun üçün tünd rəngli plastik kütlədən hazırlanmış qab, qrunt suyunun süzülməsi üçün boru və distillə olunmuş suyun axması üçün novcuqlarla təchiz olunmuş 2 ədəd istixana şüşəsi lazımdır.