İşçilərin məhsuldarlığını artıran İNANILMAZ YENİLİK Görün iş vaxtı nəyə icazə veriləcək


Digərləri 01 May 2019 23:07:00 221 0

İşçilərin məhsuldarlığını artıran İNANILMAZ YENİLİK  Görün iş vaxtı nəyə icazə veriləcək

Finlandiyada həmkarlar ittifaqları bu qənaətə gəlib ki, gündüz yuxusu həm əməkdaşların iş prosesinin məhsuldarlığına, həm də şirkətin maliyyə vəziyyətinə səmərəli təsir göstərir.

Son.az xəbər verir ki, Yle.fi nəşri bəzi firmalar korporativdə sakitliyi və istirahəti təmin edən, eləcə də meditasiyanı öyrədən bir mütəxəssis işə götürür.

"Özünü dincəlməyə məcbur etmək çətindir, lakin məşqçinin rəhbərliyi altında bu, hətta günorta saatlarında daha asan olur. Təlimçi bu durumda qızıla bərabərdir, o, yarım saatlıq mini məzuniyyətə yollanmağa və mental fasilə etməyə kömək edir", - deyə bu məşqləri həyata keçirən Tiiny Vaynio etiraf edib.

Helsinki həmkarlar ittifaqları müxtəlif şirkətlərin əməkdaşları arasında müsahibə apardıqdan sonra gündüz yuxusunun (şirkət və rəhbərliyin göstərişlərindən asılı olaraq 30 dəqiqədən 60 dəqiqəyə qədər dəyişir) faydalı olduğu qənaətinə gəlib.

İnsanlar iş yerində yorulduğunu və fiziki narahatlıqlar (onurğa sütununda ağrılar) yaşadığını bildirərək günün sonunda mümkün olan ən qısa zamanda iş yerindən çıxmaq arzusu haqqında danışıb.