Keçmişdə 70, indi isə 45 yaşında Kişi klimaksının ilk əlaməti


Digərləri 01 May 2019 21:36:00 225 0

Keçmişdə 70, indi isə 45 yaşında  Kişi klimaksının ilk əlaməti

Klimaks dövrü təkcə qadınlar üçün deyil, kişilər üçün də yaşla bağlı fizioloji mərhələdir. 

45-50 yaşdan sonra çox kişilərin rastlaşdığı bu mərhələdə onlarln cinsi həyata marağı azalır, ümumilikdə liderlik xüsusiyyətləri azalmağa doğru gedir, iş fəaliyyətinə, psixologiyasına mənfi təsir edir.

Son.az medicina.az-a istinadən bildirir ki, kişilərdə erkən klimaksın göstəricisi prostat adenomasının yaranmasıdır.

Əslində adenoma ayrılıqda bir uroloji xəstəlikdir. Hazırda adenomanın dərman müalicəsi var, ağır hallarda isə əməliyyat olunur. Lakin adenoma yarandısa, artıq kişidə cinsi istəyin azalması və gücsüzlük simptomları özünü göstərməyə başlayacaq.

Bu problemlərdən qaçmaq və klimaksı yubatmaq üçün 40 yaşından sonra hər bir kişi prostat adenomasına görə yoxlanmalıdır.