Avropa transyağlarla "müharibəyə" başlayır Dəhşətli fəsadlar


Digərləri 01 May 2019 21:30:00 230 0

Avropa transyağlarla "müharibəyə" başlayır  Dəhşətli fəsadlar

Qida məhsullarında, xüsusən qablaşdırılmış şirniyyat, yemək və s. -də transyağlardan istifadə artıq normaları aşır.

Son.az medicina.az-a istinadən bildirir ki, bir çox Avropa ölkələri qida məhsullarında transyağların normanı keçməməsinə, ümumiyyətlə miqdarının azaldılmasına xüsusi diqqət yetirir. Danimarka hər məhsulda cəmi 2% transyağın normasını təyin edib. Digər ölkələrdə isə bu faiz 2-5 arası dəyişir.

Bu yaxınlarda Avropa Komissiyası 100 qram ərzaqda 2 qramdan artıq transyağın olmaması barədə yeni reqlament qəbul edib. Bu qanun 2021-ci ildən qüvvəyə minir.

Hazırda istehsalçılar özləri resepturanı təyin edir və tərkibinə qatılan transyağın normasına çox zaman əməl etmir. Məhsulun etiketində transyağ olması göstərilməlidir, bu qaydaya da istehsalçılar əməl etmir. 

Həkimlər tərkibində marqarin, kulinar yağ olan konditer məhsullarından ümumiyyətlə imtina etməyi tövsiyyə edir.