Birinci kanal bu işi Alsuya tapşırdı


Digərləri 01 May 2019 19:23:00 224 0

Birinci kanal bu işi Alsuya tapşırdı

Rusiyanın birinci kanalı “Eurovision” mahnı müsabiqəsində səsverməni elan edəcək şəxsin adını açıqlayıb

Rusiyanın birinci kanalı "Eurovision" mahnı müsabiqəsində səsverməni elan edəcək şəxsin adını açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, iştirakçılara Rusiyadan veriləcək səsləri elan etmək son zamanlar gündəmdən düşməyən Alsuya həvalə edilib.

O, qaydalara əsasən, final gecəsi münsiflərin verdiyi balları canlı efirdə səsləndirəcək.

Bununla da birinci kanal Alsunun böyük qızı Mikellanın "Səs uşaqlar" müsabiqəsində qalmaqallı qalibiyyətini dəstəkləmiş olub.