İlin əvvəlindən Azərbaycan sənaye parkları və məhəllələrinə yüz milyonlarla manat investisiya yatırılıb


Digərləri 01 May 2019 14:54:00 209 0

İlin əvvəlindən Azərbaycan sənaye parkları və məhəllələrinə yüz milyonlarla manat investisiya yatırılıb

Bu ilin birinci rübündə Azərbaycanda sənaye parkları və məhəllələrinə 540 milyon manat investisiya yatırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov KOB Evlərinə həsr olunmuş tədbir zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycanda beş sənaye parkı - Sumqayıt kimya-sənaye, Qaradağ, Balaxanı, Mingəçevir və Pirallahı sənaye parkları və dörd sənaye məhəlləsi - Neftçala, Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələri yaradılıb.