AMEAnın yeni vitseprezidenti seçildi


Digərləri 01 May 2019 13:57:43 168 0

AMEAnın yeni vitseprezidenti seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev akademiyanın vitse-prezidenti seçilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında gizli səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən, R.Əliquliyev 1 səs əleyhinə olmaqla, vitse-prezident seçilib.

Seçkidə akademiyanın yalnız həqiqi üzvləri iştirak edib.