DİQQƏT! Bu yollarda xətlənmə işləri aparılır


Digərləri 01 May 2019 12:45:00 264 0

DİQQƏT! Bu yollarda xətlənmə işləri aparılır

Bakı şəhəri, Heydər Əliyev prospektinin Qara Qarayev prospekti və Bəşir Bünyadov küçələri ilə kəsişməsində bu gün axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bakı. Bakı şəhəri, Heydər Əliyev prospektinin Qara Qarayev prospekti və Bəşir Bünyadov küçələri ilə kəsişməsində bu gün axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir. Bundan başqa, analoji işlər axşam saat 22:00-dan səhər saatlarına kimi isə Heydər Əliyev prospektinin hər iki istiqamət üzrə köməkçi yolarında da aparılacaq.