Elm dünyasının 100 DAHİSİ SİYAHISINA düşən azərbaycanlı "Şərqin Eynşteyni" haqda BİLMƏDİKLƏRİNİZ


Digərləri 01 May 2019 08:33:00 238 0

Elm dünyasının 100 DAHİSİ SİYAHISINA düşən azərbaycanlı  "Şərqin Eynşteyni" haqda BİLMƏDİKLƏRİNİZ

"The Telegraph" qəzeti "Creators Synectics" beynəlxalq şirkətinin çağdaş elm, siyasət, incəsənət dünyasının 100 dahisinin siyahısını tərtib edib. Siyahıda amerikalı, ingilis, avropalı alimlərin adları da yer alıb. 50-ci yerdən sonra Rusiyadan cəmi 3 nəfərin adına rast gəlmək olur.

Son.az bildirir ki, Tim Berners-Li, Corc Soros, Kventin Tarantino, Bill Qeyts, Məhəmməd Əli kimi dünya şöhrətli şəxsiyyətlərin də adları qeyd olunan siyahının 14-cü sırasında müasir fizika eminin azərbaycanlı dahisi Əli Cavanın adına da rast gəlmək mümkündür.

Əli Cavan kimdir?

Dünya şöhrətli həmvətənimiz qaz (neon gel) lazerinin ixtiraçısıdır. Xatırladaq ki, qaz lazeri olmadan çağdaş telekommunikasiyanı təsəvvür etmək mümkün deyil.

Rabitədəki bütün texnoloji quraşdırmanı, materialların işlənməsini, tibb və digər sahələrdəki informasiyanın saxlanıması, ötürülməsi alimin kvant elektronikası sahəsindəki kəşfi nəticəsində çalışır.

Əli Cavanı "şərqin Eynşteyni", "lazerin atası" adlandırırlar. O, elm sahəsinin ən nüfuzlu "Albert Einstein World Medal of Science" mükafatına layiq görülüb.

Əli Cavan - Amerikanın məşhur fizikidir. 1926-cı ildə Tehranda azərbaycanlı ailəsində doğulub. 1948-ci ildə gələcəyin dahisi ABŞ-a köçür. 6 il sonra Əli fəlsəfə doktoru olur. 38 yaşında isə Massaçusets Texnologiya İnstitutunun professoru şərəfinə layiq görülür.

1959-cu ildə Əli Cavan "Physical Review Letters" jurnalında dərc olunan məqaləsində ilk davamlı qaz lazeri qurmağı təklif edir. Bununla kvant elektronikasında qeyri-xətti spektroskopiya sahəsinin kəşfinə təkan verir.

1960-cı ildə peşəsinin digər biliciləri Bennet və Errotla birgə ilk davamlı qaz lazerini hazırlayırlar.

Əli dəfələrlə müsahibələrində vurğulayır ki, mən necə demişdimsə, elə də oldu.

"1960-cı ilin fevralından etibarən komandamız konstruksiyanın üzərində işləməyə başladı. Dekabr ayında hazır olan lazer gözləntimizi yanıltmadı. İndiki kimi xatırlayıram, saata baxdım. 16:20-ni göstərirdi. Həmin gün güclü qar yağırdı.

Milada qədər ilk davamlı qaz lazerini hazırlayıb bitirmək istəyirdik. Belə də oldu".