ABŞın 3 prezidentinin tərcüməçisi olan azərbaycanlı FOTO


Digərləri 01 May 2019 08:19:00 204 0

ABŞın 3 prezidentinin tərcüməçisi olan azərbaycanlı  FOTO

Tanınmış jurnalist Emin Musəvi ABŞ-ın son 3 prezidentinə tərcüməçilik edən azərbaycanlı xanımla bağlı maraqlı paylaşım edib.

Son.az kult.az-a istinadən xəbər verir ki, E.Musəvi Olcay Kartari Raçedin hazırda ABŞ Prezidenti Donald Trampın tərcüməçisi olduğunu bildirib. Bundan öncə isə Olcay xanım Corc Buş və Barak Obamaya tərcüməçilik edib. Xüsusilə onu azərbaycanlılar 2016-cı ildə Prezident Barak Obama ilə Türkiyə lideri Ərdoğanın görüşündə tərcüməçilik etməsindən sonra tanımışdı.

"Olcay xanımın babaları Marneulidəndir. Azərbaycanlıdır. ABŞ-a 80-ci illərdə köçüb", - E.Musəvi qeyd edib.


Xəbərə aid fotolar