Yunanıstan Avrozona ölkələri arasında ən böyük iqtisadi artım göstərir


Dünya 01 May 2019 07:55:00 214 0

Yunanıstan Avrozona ölkələri arasında ən böyük iqtisadi artım göstərir

Yunanıstan Avrozona ölkələri arasında ən böyük iqtisadi artım göstərir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatına əsasən, hazırda Yunanıstanda Avropazona ölkələri arasında ən böyük iqtisadi artım müşahidə olunur.

Buna baxmayaraq, ölkədə hələ də işsizliyin yüksək dərəcəsi və kreditlərə görə borcları qalır. Yunanıstan yalnız 2018-ci ilin avqustunda beynəlxalq kreditorlar tərəfindən təşkil edilən maliyyə yadımı proqramından çıxıb.

IMF-nin təmsilçiləri Yunanıstanın iqtisadi artım göstərməkdə davam edəcəyini bildirir və yaxın gələcəkdə 2,5 faizə çatacağına inanırlar. 2018-ci ildə bu göstərici 2 faiz təşkil edib.