Bir ədədi 10 min dollara Dünyanın ən bahalı konfeti satışa çıxarıldı


Digərləri 01 May 2019 07:41:00 230 0

Bir ədədi 10 min dollara  Dünyanın ən bahalı konfeti satışa çıxarıldı

Dünyanın ən bahalı konfeti satışa çıxarılıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, portuqaliyalı qənnadçı Daniel cəmi 1000 ədəd belə konfet hazırlayıb və bir ədədin qiyməti 10 min dollardır. Daniel uzun müddətdir ki, qeyri-adi və təkrarolunmaz dada sahib konfet hazırlamaq istəyirdi.

Qiymətin baha olmasının isə səbəbi var. Daniel konfeti hazırlayanda yeyilən qızıldan, zəfərandan, Madaqaskar vanilindən, ağ trüfeldən və bahalı olan digər inqredientlərdən istifadə edib.

Artıq Danielin konfetləri "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.