Fərqli moda layihəsi: Bakının ən dəbli "Ana-bala"sı seçiləcək (FOTO)


Digərləri 30 Apr 2019 23:34:10 230 0

Fərqli moda layihəsi: Bakının ən dəbli "Ana-bala"sı seçiləcək (FOTO)

İyunun 1-də "Dubai İnternational Hotel"də (ex.Monolit Plaza) Bakının ən dəbli "Ana-bala” moda (Best Mom Prince Princess) müsabiqəsi təşkil olunacaq.

Bakı. İyunun 1-də "Dubai İnternational Hotel"də (ex.Monolit Plaza) Bakının ən dəbli "Ana-bala" moda (Best Mom Prince Princess) müsabiqəsi təşkil olunacaq. Təşkilat komitəsindən Trend-ə verilən məlumata görə, artıq 6-cı dəfə reallaşacaq layihə Günay Vəliyeva tərəfindən Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir. Layihənin keçirilməsində məqsəd iştirakçılarda mənəvi-estetik mədəniyyətin inkişafına dəstək, öz geyim ideyalarının nümayişi və modelləşdirməyə marağın artırılması, "Ana-bala dəbi" üzrə valideynlərin zövqlərinin daha da formalaşdırılması və ən əsası uşaq-valideyn bağının bir formasının da geyim olduğunu göstərməkdir. Müsabiqədə iştirak edən "Ana-oğul" və ya "Ana-qız" cütlüklər öz zövqlərinə uyğun hazırladıqları dəst geyimdə layihəyə qatılacaqlar. Qeyd edək ki, yaş məhdudiyyəti olmadığı üçün valideynlər istənilən yaşda olan övladları ilə layihəyə qatıla bilər. Münsiflər heyətində yer alacaq modelyer-dizaynerler və ictimai simalar qiymətləndirmə apardıqdan sonra ilk 3 yerin qalibləri şəffaf qiymətləndirmə sistemi ilə müəyyən edilərək mükafatlandırılacaqlar. Digər iştirakçılar da xatirə olaraq hədiyyə və diplom qazanacaq, nominasiyalarla təltif ediləcəklər.