Zelenski Ukrayna prezidentinin müşaviri vəzifəsinə müsabiqə elan edib


Dünya 30 Apr 2019 22:36:00 217 0

Zelenski Ukrayna prezidentinin müşaviri vəzifəsinə müsabiqə elan edib

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski  sosial şəbəkələrdə Ukrayna prezidentinin müşaviri vəzifəsinə müsabiqə elan edib.

Son.az oxu.az-a istinadən bildirir ki, o yayımladığı videoçarxda müsabiqənin şərtləri barədə məlumat verib.

"Əgər minimum 3 dil bilirsənsə ( Ukrayna, ingilis dilləri mütləqdir), ictimai işlərdə və ya jurnalistika sahəsində təcrübən varsa, 24/7 saat işləməyə hazırsansa, o zaman lütfən  CV göndər",- deyə məlumatda bildirilib.