Bu nişanələr göstərir ki, insanın tövbəsi qəbul olunub


Digərləri 30 Apr 2019 22:20:00 196 0

Bu nişanələr göstərir ki, insanın tövbəsi qəbul olunub

Qurani-Kərim və hədislər bizləri dəfələrlə tövbə etməyə dəvət etmiş və Allahın bağışlayan və mehriban olduğunu vurğulamışdır. Tövbənin lüğətdəki mənası - qayıtmaq deməkdir. Yəni, insan getdiyi səhv yoldan qayıdar və Allaha doğru üz tutar.

Tövbənin fəlsəfəsi - ruhu və canı günahın çirkinliklərindən təmizləməkdir. Necə ki, insan paltarı çirklənən zaman, onu su ilə yuyub təmizləyər, tövbə də ruhu və canı su kimi yuyub,  günahınçirkinliklərindən təmizləyər.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəs tövbəmizin qəbul olmasını necə anlaya bilərik?

Allah Təala Buyurur ki, mən həqiqi tövbəni qəbul edirəm. Həqiqi tövbə o tövbədir ki, müəyyən şərtlərə müvafiq olur və hər kim bu şərtlərə əməl edərsə, o zaman tövbəsi həqiqi ola bilər. Bu şərtlərə: insanın qəlbən peşman olması, onu dilinə gətirməsi, Allah dərgahında günahını boynuna alıb, ona görə ah-nalə etməsi, istiğfar etməsi və bu kimi mövzular daxildir.

Tövbəmizin qəbul olunmasını anlamağımıza yardım edən nişanələr bunlardır:

1. Tövbə etdikdən sonra insan ruhunda olan xüsusi sevinc və şadlıq hissi.

2. İnsan günahından peşman olmasını Allaha ciddi şəkildə çatdıra bilərsə, o zaman tövbəsi qəbul olar. Yəni, Allahla münacat edərək, həqiqətən peşman olmasını həm dili, həm də ruhu ilə bəyan etməlidir. Bu zaman əgər ruhunda inqilab hiss edərsə, deməli tövbəsi qəbul olmuşdur.