Paşinyan və Medvedev gecə klubunda rəqs etdilər


Dünya 30 Apr 2019 22:06:00 206 0

Paşinyan və Medvedev gecə klubunda rəqs etdilər

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Baş naziri Dmitri Medvedev aprelin 29-da gecə İrəvandakı "Klub 12"də olublar.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Novosti Armeniya"ya klubun sahibi Narek Manukyan məlumat verib.

Onun sözlərinə görə, yüksək səviyyəli qonaqlar desert sifariş verib, paxlava yeyib və hətta rəqs ediblər.

"Onlar kluba əvvəlcədən masa sifariş etmədən, təsadüfən gəldilər. Klubda təxminən iki saat vaxt keçirdilər. "Project 12" mahnıları onların çox xoşuna gəldi və onlar hətta rəqs etdilər. Çox xoş və pozitiv atmosfer vardı, hər şey sadə idi. Özü də onlar rəsmi geyimdə deyildilər", - deyə Manukyan vurğulayıb.