Yaponiyanın yeni imperatoru taxta oturdu
Dünya 30 Apr 2019 22:09:00 228 0
Şahzadə Naruhito Yaponiyanın yeni imperatoru olub.
Son.az teleqraf.com-a istinadən bildirir ki, bu, Tokio vaxtı ilə mayın 1-də gecə saat 00:01-də baş verib.
Qeyd edək ki, bir gün öncə Yaponiyanın 85 yaşlı imperatoru Akihito taxtını tərk edib.
Naruhito sabiq imperatorun böyük oğludur. Yeni imperatorun 59 yaşı var.
Mənbə: milli.az