Bakıda 26 yaşlı oğlan küçədə bıçaqlandı


Digərləri 30 Apr 2019 20:53:05 214 0

Bakıda 26 yaşlı oğlan küçədə bıçaqlandı

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Bakı. Samir Əli - Bakıda gənc oğlan küçədə bıçaqlanıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Nərimanov rayonu, F.Xoyski 115 saylı binanın qarşısında Abşeron rayonu, Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədov Məhəmməd İlqar oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub.